"Real Madrid" klubunun qışda heyətinə qatacağı oyunçunun adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, klubun rəsmiləri artıq “Atletik”in qapıçısı Kepa Arrizabala ilə ilkin razılığa gəliblər. İspaniya millisinin də üzvü olan 23 yaşlı gənc futbolçunun müqavilə müddəti mövsümün sonunda bitdiyi üçün, qolkiper “Real”ın transfer təklifini qəbul edib. Yeni komandası ilə əldə olunan razılığa görə, "kral klubu" yanvarda 25 milyon avro müqabilində Arrizabalaqanı heyətinə qatacaq. Klub ilə 6 illik müqavilə imzalayacaq qolkiper hər ilinə 2,5 milyon avro maaş qazanacaq.
Qeyd edək ki, ispaniyalı futbolçu müqavilə ilə "Atletik Bilbao" klubuna məxsus olsa da, 2016-17-ci illər mövsümünü icarə əsasında "Real Valeydolid" klubunda keçirib.