İsrafilovun oynadığı matçda komandası qalib gəldi

İspaniya Birinci Divizionunda 17-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Ximnastik” də növbəti matçına çıxıb. Onlar “Sevilya Atletiko”su ilə qarşılaşıb. İsrafilovun komandası bu oyunu qələbə ilə bitirib.  (2:1) Eddi də bu qələbədə pay sahibi olub. Uzun müddətdir yaşıl meydanlardan kənarda qalan həmyerlimiz qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən oynamaq şansı qazanıb.

Qeyd edək ki, “Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right