DÇ start götürüb Klublararası

Klublararası dünya çempionatı start götürüb.

Newsport.az xəbər verir ki, DÇ-nin ilk oyununda “Əl-Cəzirə” və “Okland Siti” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Turnirə ev sahibliyi edən “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edir.

Qeyd edək ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən dünya çempionatı dekabrın 16-dək davam edəcək.

 

Klublararası dünya çempionatı

6 dekabr

İlk mərhələ

Əl Cəzirə (BƏƏ) - Okland Siti (Yeni Zelandiya) 1:0

Qol: Romarinyo, 37.

9 dekabr

1/4 final

1. Paçuka (Meksika) - Vidad Kasablanka (Mərakeş) 1:0

Qol: Quzman, 112.

2. Əl Cəzirə (BƏƏ) - Urava Red Daymonds (Yaponiya) 1:0

Qol: Mabxut, 52.

12 dekabr

Yarımfinal

21:00 Qremio (Braziliya) - Paçuka (Meksika)

13 dekabr

21:00 Əl Cəzirə (BƏƏ) - Real (İspaniya)

16 dekabr

18:00 Üçüncü yer uğrunda oyun

21:00 Final





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right