Almaniya milli komandasının fəxri kapitanı seçilib.
Newsport.az xəbər verir ki, "Bavariya"nın və Almaniya milli komandasının sabiq üzvü Filip Lam bu ada layiq görülüb. Ötən gün keçirilən təqdimetmə mərasimində 34 yaşlı müdafiəçi rəsmi şəhadətnamə ilə təltif olunub. Nəzərinizə çatdıraq ki, yığmanın sabiq kapitanı bu ada layiq görülən 6-cı futbolçudur. Ondan öncə bu ada Firits Uolter, Uve Zeleer, Frans Bekkenbauer, Lotar Matteus, Yurgen Klinsman layiq görülüblər.
Qeyd edək ki, 2004-2014-cü illərdə Almaniya milli komandasının şərəfini qorumuş futbolçu, çıxdığı 113 oyuna 5 qol vurub.
