Messi Aqueronu lağa qoydu

"Barselona"nın ulduz futbolçusu Lionel Messi komandasının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"ylə düşməsinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu şəxsi facebook hesabından milli komanda yoldaşı Aquero ilə bağlı status paylaşıb.

"Çempionlar Liqası pley-off mərhələsinin başlanmasını səbirsizliklə gözləyirəm. Dostum Serxio Aquero ilə qarşılaşacağıma görə sevinirəm. Onu həmişə FİFA komputer oyununda uduram. Baxaq, meydanda nə baş verəcək".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right