"Bavariya"dan darmadağın, "Borussiya" yenə uduzdu

Almaniya bundesliqasında XV turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, ikinci matç günündə 6 qarşılaşma keçirilib.

Lider "Bavariya" səfərdə "Auqsburq"la qarşılaşıb və rəqibini darmadağın edib - 4:0.  "Şalke" isə doğma meydanda "Köln"ə məğlub olub - 1:2.

Turun digər matçında "Borussiya" (Dortmund) səfərdə "Herta" ilə qarşılaşıb və rəqibinə minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, tura dekabrın 14-də keçiriləcək iki oyunla yekun vurulucaq.

13 dekabr

Almaniya bundesliqası, 15-ci tur

“Auqsburq” – “Bavariya” - 0:4
Qollar:
 Benatia, 58 (0:1), Aryen Robben, 59 (0:2), Levandovski, 68 (0:3), Aryen Robben, 71 (0:4)

“Herta” – “Borussiya” (Dortmund) - 1:0
Qol:
 Şiber, 40 (1:0)

“Frayburq” – Hamburq” - 0:0

“Şalke” – “Köln” - 1:2
Qollar:
 Udja, 47 (0:1), Lehmann, 67-pen (0:2), Sane, 85 (1:2)

“Verder” – “Hannover” - 3:3
Qollar:
 Stindl, 12 (0:1), Yunuzoviç, 36 (1:1), Lorenzen, 36 (2:1), Joselu, 62 (2:2), Kiyotake, 64 (2:3), Selke, 88 (3:3)

“Mayns” – “Ştuttqart” - 1:1
Qollar:
 Qeis, 36 (1:0), Kostiç, 72 (1:1)

 

14 dekabr

18:30 “Bayer” – “Borussiya” M

20:30 “Volfsburq” – “Paderborn”

12 dekabr

Almaniya Bundesliqası XV tur

“Hoffenhaym” – “Ayntraxt” - 3:2
Qollar:
 Folland, 43 (1:0), Ayqner, 58 (1:1), Szalai, 66 (2:1),  Seferoviç, 78  (2:2), Firmino, 88  (3:2)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right