Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, londonluların hücumçusu Mişi Batşuayi sıradan çıxıb.
Belşikalı forvard millisinin düşərgəsində ayağından zədələnib. Belə olan halda Batşuayi millinin heyətindən kənarlaşdırılıb. O, Belçika yığmasının bu gün Meksika və noyabrın 14-də Yaponiya ilə yoldaşlıq görüşlərində şans qazanmayacaq. Londona qayıdan futbolçunun hansı müddətə sıradan çıxdığı həkimlərin müayinəsindən sonra bəlli olacaq.
Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında növbəti oyununu noyabrın 22-də, Bakıda “Qarabağ”a qarşı keçirəcək.