"Barselona" ciddi itki ilə üzləşib.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçularından olan Neymar məşq zamanı zədələnib. Bu səbəbdən onun "Hetafe"yə qarşı İspaniya La Liqasında bugün keçiriləcək matçda iştirak edə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, Neymarın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.