Fransa Liqası təmsilçisi "Renn"in yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Kristian Qurkyuffun istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Sabri Lyamuşi təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Renn" 12 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşıb.