"Traktor Sazi"dən növbəti qələbə

İran çempionatında 17-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Zob Ahan"ı qəbul edib.

Təbriz təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə ən azı turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini qoruyacaqdı. Fasiləyə 1:1 bərabərliklə yollanan "Traktor Sazi" ikinci hissədə qələbə topunu vurmağa müvəffəq olub - 2:1. 

Qeyd edək ki, "Traktor Sazi" 17 turdan sonra 31 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


11 dekabr

İran çempionatı, 17-ci tur

15:30. "Traktor Sazi" - "Zob Ahan" - 2:1
Qollar: 
Bayrami, 31 (1:0), Həsənzadə, 43 (1:1), İranpourian, 82-pen (2:1)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right