Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” klubunun nümayəndə heyəti Ukraynada proble üzləşib.
Newsport.az-ın məlumatına görə, Fransa təmsilçisini gətirən təyyarənin naviqasiya sisteminin işinin nasazlığına görə “yaşıllar” vaxtında Kiyev hava limanına enə bilməyib və 6 saat havada qalıb. Daha sonra məsələyə aydınlıq gəlib.
Lakin “Sent-Etyen” növbəti dəfə problemlə üzləşib. Bu dəfə Fil Dişi Sahilindən olan hücumçu Maks-Alen Qradel miqrasiya qanununu pozduğu üçün Ukrayna Sərhəd Xidməti tərəfindən saxlanılıb. Bir müddət otaqda gözləməli olan 27 yaşlı futbolçu daha sonra komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, “Dnepr” – “Senr-Etyen” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.