“Barselona” 2 mərkəz müdafiəçisi ilə güclənəcək

“Barselona” qış transfer pəncərəsi zamanı müdafiə xəttini gücləndirmək istəyir. 
 

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu bu məqsədlə yanvarda 2 arxa xətt oyunçusunu heyətinə qatmağı planlaşdırır. 

Xavyer Maskerano tezliklə “Barselona”dan ayrılacaq. Argentinalı ilə yanaşı, Tomas Vermalenin də komandadan gedəcəyi gözlənilir. Bundan sonra isə komandada cəmi 2 mərkəz müdafiəçisi - Jerar Pike və Samuel Umtiti qalacaq. 

Baş məşqçi Ernesto Valverde artıq rəhbərliyə 2 müdafiəçinin alınması ilə bağlı raport verib. Siyahıda əsas namizəd “Palmeyras”ın 22 yaşlı üzvü Yerri Minadır. Artıq onun keçidi ilə bağlı klublar razılığa gəliblər. “Barselona” Mina üçün 9 milyon avro ödəyəcək. 

İkinci transfer üçün isə 3 namizəd var - “Napoli”dən Kalidu Kulibali, Dortmund “Borussiya”sından Dan-Aksel Zaqadu və “Lion”dan Muktar Diahabi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right