Rusiya AÇ-2020-nin açılış oyununu keçirmək üçün UEFA-ya müraciət edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Rusiyanın idman məsələləri üzrə vitse-prezidenti Vitali Mutko deyib.
“UEFA 2020-nin açılış oyununu keçirmək üçün müraciətləri qəbul etməyə başlayıb. Belə bir imkan varsa, niyə də istifadə etməyək. Müraciət etdik və Sankt-Peterburqun namizədliyini irəli sürdük.
Hər şeyi hazırlamaq lazımdı, çünki bu, çox məsuliyyətli işdi. Düşünürəm ki, Sankt-Peterburq kimi şəhər belə bir oyunu qəbul etməyə layiqdi. Fikrimcə, Avropanın ən yaxşı stadionlarıdan biri məhz burda yerləşir. Ona görə də digər şəhərlərlə mübariz aparmağa qadirdi. İlk oyunun Piterdə keçirilməsi bizim göstərdiyimiz işlərlə düz mütənasibdi. Biz Konfederasiyalar Kubokunu təşkil etdik, qarşıda dünya çempionatı gəlir. Ona görə də bizə deyirlər ki, “həmkarlar, çox şeyi üzərinizə götürmüsünüz.” Amma biz yenə də belə bir ərizəni UEFA-ya göndərdik”.
Qeyd edək ki, Sankt-Peterbuqda da Bakıdakı kimi AÇ-2020-nin 3 qrup, 1 ¼ final matçı keçiriləcək.