Kamranın komandası növbəti mərhələyə adlayıb.

Çexiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. 

Newsport.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Mlada" səfərdə "Domazlise"nin qonağı olub. Qarşılaşma Boleslav təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Kubok matçları 1 oyundan ibarət olduğu üçün Kamranın komandası növbəti mərhələyə adlayıb.

Kamran Ağayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, Çexiya çempionatının son turunda 90 dəqiqə meydanda olan Ağayev qapısından 1 top buraxmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right