Ronaldodan növbəti insanlıq dərsi

Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti xeyirxah addımı ilə azarkeşlərini sevindirib.

Newsport.az-ın məlumatına görə, forvardın ölkəsində baş vermiş yanğın zamanı xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub.

Futbolçunun bacısı Katya Aveyru “Facebook” hesabında bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right