Jose Mauriniyo maraqlı açıqlamalar verib

Jose Mauriniyo maraqlı açıqlamalar verib.

2008 də “Barselona”nın sükanı arxasına keçməməyinin səbəblərini bir gün açıqlayacağını bildirərək “amma bu gün yox çox yaşlananda” deyib.

Newsport.az xəbər verir ki,2008 də nə üçün “Barselona”nın baş məşqçisi olmadığını hələ bir müddət gizlətəcəyini bildirən Portuqaliyalı məşqçi: “Əlbətdə həqiqəti bir gün açıqlayacam amma hal hazırda işim belə tələb etdiyi üçün bəzi şeylər var ki, sirr olaraq qalsa daha məqsədə uyğun olar, bir gün həqiqətən lap çox yaşlandığımda nələr olduğunu sizə deyəcəm” deyə bildirib.

Madariddə son mövsümdə özünü  rahat hiss etmədiyini  anlatan Mouriniyo o günləri belə anlatıb: “Qızım Londonda universitetə başlayırdı və bütün ailə üzvlərimiz ailənin bir arada olmasını istəyirdi. Özünü xoşbəxt hiss etdiyində bu sənin karyeranada təsir göstərir və nəticə etibarı ilə mən Madrid də 3-cü mövsümdə özümü xoşbəxt hiss etmirdim. Karyeram boyunca ən yaxşı nəticələrimi özümü xoşbəxt hiss edərkən almışam.

Son dayanacaq “Manchester” deyil, hazır ki, vəziyyətimdə yeni rəqabətə, yeni mübarizələrə özümü tam hazır hiss edirəm, daha çox kubok və daha çox çempionluqlar qazanmaq istəyirəm. Karyeram “Manchester United”də sona çatmayacaq” deyib.

Qeyd edək ki, portuqaliyalı baş məşqçi 2016-cı ildən bu yana “Manchester United”i çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right