“Bakı”nın sabiq baş məşqçisi, Madrid “Atletiko”sunun canlı əfsanəsi Milinko Pantiç yenidən Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, o, dünən gecə paytaxtımıza təşrif buyurub. Pantiçi hava limanın “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov qarşılayıb.
Pantiçin Bakıda olduğu “Bakı”nın prezidenti Hafiz Məmmədovla da görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Milinko Pantiç Bakıya oktyabrın 18-də keçiriləcək "Atletiko" - "Qarabağ" oyununu izləmək üçün gəlib.
dsport.az