Miçel Madera: "Asanlıqla təslim olmaq niyyətində deyilik"

"Atletiko" ilə matç bizim üçün xüsusi olacaq. Yaxşı oynamağa və qarşılaşmadan zövq almağa çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera deyib.  

İspaniyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində 2 gün sonra Madrid "Atletiko"suna qarşı keçirəcəkləri matç haqda ölkəsinin mətbuatına açıqlama verib.

Yarımmüdafiəçi "Atletiko"ya qarşı oynayacaqları üçün özünü xoşbəxt sayır: "Atletiko" böyük klubdur. Onlara qarşı oynayacağımız üçün özümüzü xoşbəxt sayırıq və oyun gününü səbrsizliklə gözləyirik". 

Miçel Bakıdakı hava şəraitinin oyuna təsir edəcəyini düşünmür: "Dekabr ayında Bakıda soyuq olur, hətta qar da yağı. Ancaq indi hər şey normaldı. Bakıda külək çox olsa da, bunun stadiona təsir olmur. İstiliyin olması normaldı və düşünürəm ki, "Atletiko" hava şəraiti baxımından heç bir əziyyət çəkməyəcək".

Təcrübəli oyunçu oyuna həddindən çox maraq olduğunu bildirib: "Bu, Azərbaycan xalıq üçün xüsusi matçlardan biri olacaq və azarkeşlər stadionu dolduracaqlar. Oynayacağımız stadion 70 min azarkeş tutumuna malikdir. Onu da bilrik ki, "Atletiko" azarkeşlər qarşısında oynamağı çox sevir". 

Oyunçu "Atletiko"nun Bakıya yalnız qələbə üçün gələcəyini düşünür: "Rəqibimizin qrupdakı vəziyyəti yaxşı deyil. Onlar Bakıdan qələbə ilə qayıtmaq üçün əllərindən gələni edəcəklər. Amma biz asan təlim olmaq niyyətində deyilik. "Roma" ilə qarşılaşmada olduğu kimi, bu oyunda da rəqibə çətin anlar yaşatmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right