Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” Almaniya ikinci bundesliqasında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Aue təmsilçis səfərdə “Fürt”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Fürt" - "Erzgebirge" - 2:1
Qollar: Narey, 40 (1:0), Bunyaku, 78 (1:1), Steininger, 87 (2:1)
Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 10 oyundan sonra aktivində 13 xal olan “Erzgebirge” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.