Kamran Ağayevi qapıya həsrət qoyublar

Çexiya çempionatında 10-cu turun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Teplitse” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Kamran bu görüşün də iştirakçısı olmayıb. Millimizin üzvünün adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Geridə qalan turlarda 8 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right