"Bavariya"a qələbə qazandı

Almaniya Bundesliqasında 8-ci tura start verilib.

Newsport.az xəbər verir ki, turun ilk matçında “Ştutqart” “Köln”ü qəbul edib. Üç qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.

İkinci oyun günündə “Bavariya” bu turda köhnə-yeni baş məşqçisi Yupp Haynkesin rəhbərliyi altında ilk oyununa çıxıb. Münhen təmsilçisi “Frayburq”u qəbul edib və 5 cavabsız qolla qələbə qazanıb.

Lider “Borussiya” isə evdə ötən mövsümün vitse-çempionu “Leyptsiq”lə üz-üzə gəlib və gözlənilmədən uduzub.

Günün digər oyunlarında "Hannover" "Ayntraxt"a, "Herta" "Şalke"yə uduzub. "Hoffenhaym" - "Auqsburq" matçında qalib müəyyənləşməyib. "Mayns" isə "Hamburq"u məğlub yola salıb.

Almaniya Bundesliqası, 8-ci tur

13 oktyabr

Ştutqart - Köln 2:1

Qol: Donis, 38. Akolo, 90 - Hayns, 77.

14 oktyabr

Bavariya - Frayburq 5:0

Qol: Şuster, 8-öz qapısına. Koman, 42. Alkantara, 63. Levandovski, 75. Kimmix, 90.

Hannover - Ayntraxt 1:2

Qol: Sane, 36 - Haller, 10. Rebiç, 89.

Herta - Şalke 0:2

Qol: Qoretska, 54-pen. Burqstaller, 78.

Hoffenhaym - Auqsburq 2:2

Qol: Hubner, 52. Ut, 85 - Qreqoritş, 75. Foqt, 90-öz qapısına.

Maynts - Hamburq 3:2

Qol: Maksim, 2. Bell, 52. Latsa, 58 - Ualas, 9. Salihoviç, 90-pen.

Borussiya D - Leyptsiq 2:3

Qol: Obameyanq, 4; 64-pen - Sabitser, 10. Poulsen, 25. Auqustin, 49-pen.

15 oktyabr

17:30 Bayer - Volfsburq
20:00 Verder - Borussiya M

Bombardirlər: Obameyanq (Borussiya D) - 8. Levandovski (Bavariya) - 8.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right