“Real”ın bu sezon səssiz qalan ulduzları Ronaldo və Benzema nəhayət ki, səssizliyi pozmağı bacarıb.
Newsport.az xəbər verir ki, “Real Madrid” La Liganın 8-ci trunda səfərdə “Getafe” ilə qarşılaşıb, Madrid klubunun bu oyunda da işi asan olmayıb, gərgin mübarizə şəraitində keçən oyunda hər kəs” Real”ın xal itirəcəyini gözləsə də Madrid klubu qələbə ilə azərkeşlərini sevindirməyi bacarıb.
Oyunun birinci hissəsində Fransız ulduz futbolçu Karim Benzemanın 39-cu dəqiqə də vurduğu qolla “Real” hissəni 1-0 hesabı ilə tamamlayıb, lakin, “Getafe” oyunun 59-cu dəqiqəsində Jorge Molinanın qolu ilə hesabı bərabərləşdirib.
İkinci hissə də meydana portuqaliyalı ulduz Cristiano Romaldo çıxıb və bu mövsüm də ilk qolunu vurub.Ronaldonun vurdugu bu qol Kral klubuna qalibiyyət qətirib.
Qeyd edək ki, “Real Madrid” – “Getafe” üzərində 2-1 hesabı ilə qalib gəlib, bu qalibiyyət sayəsində Madridlilər turnir cədvəlin də 17 xalla 2-ci “Getafe” isə 8 xalla 14-cü yerləri bölüşürlər.