Əsgərovdan dubl

Futbol üzrə Latviya birinci liqasında 24-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - “Olayne” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Preilu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının iki qolunu da Vüqar vurub. “Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz 21 və 87-ci dəqiqələrdə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 17-yə çatdırıb.

“Olayne” 24 turdan sonra 44 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right