Araz Abdullayev 90 dəqiqə meydanda oldu

Kipr çempionatında 7-ci turun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" doğma meydanda “Apollon”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 15 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right