İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına start verilir. İlk oyun günündə 7 oyun baş tutacaq.
Turun açılış matçı və prinsipiallığı ilə diqqət mərkəzində olan oyun Liverpul şəhərində olacaq. Burada İngiltərə derbisi - "Liverpul" - "Mançester Yunayted" qarşılaşması baş tutacaq.
Liderlər qrupunda yer alan "Mançester Siti" "Stok Siti"ni qəbul edəcək. Londonun "Çelsi" klubu isə səfərdə "Kristal Pelas"la qarşılaşacaq. Çempionluq mübarizəsindən kənarda qalmaq istəməyən "Arsenal" sabah "Uotford"un qonağı olacaq.
Turnir cədvəlində "Arsenal"dan sonra VI pillədə olan "Bernli" "Uest Hem"lə münasibətlərə aydınlıq gətirəcək. "Suonsi" isə öz meynanında "Haddersfild"lə qarşılaşacaq. Çempionluq uğrunda mübarizə aparan "Tottenhem" isə doğma meydanda "Bornmut"un müqavimətini qırmağa çalışacaq.
Turun digər oyunları sabah və bazar ertəsi keçiriləcək.