Bu gün İspaniya La Liqasında 8-ci tura start veriləcək.
Newsport.az xəbər verir ki, turun ilk görüşündə “Espanyol” “Levante”ni qəbul edəcək.
Çempion “Real” sabah səfərdə “Xetafe” ilə qarşılaşacaq.
Turun mərkəzi oyunu da sabah keçiriləcək. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” lider “Barselona”nı qəbul edəcək. Bu matç “hindular”ın Ağdam təmsilçisi ilə gələn həftə Bakıda keçiriləcək oyundan öncə son qarşılaşması olacaq.
İspaniya La Liqası, 8-ci tur
13 oktyabr
23:00 Espanyol - Levante
14 oktyabr
15:00 Atletik - Sevilya
18:15 Xetafe - Real
20:30 Alaves - Real Sosyedad
22:45 Atletiko - Barselona
15 oktyabr
14:00 Eybar - Deportivo
18:15 Jirona - Vilyarreal
20:30 Malaqa - Leqanes
22:45 Betis - Valensiya
16 oktyabr
23:00 Las Palmas - Selta

Bombardirlər: Messi (Barselona) - 11. Zaza (Valensiya) - 6.