Kataloniyadakı referendumdan sonra yayılan söz-söhbətlərə baxmayaraq, “Barselona” rəhbərliyi İspaniya La Liqasını tərk etməyəcək.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Barselona” Kataloniya Futbol Federasiyasının üzvüdür. Bu təşkilat isə İspaniya Krallığının Futbol Federasiyasından ayrılmağı düşünmür.
Bu isə o deməkdir ki, Kataloniya rəsmən müstəliq dövlət elan olunsa belə, “Barselona” La Liqadakı çıxışını davam etdirəcək.
Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada referendum keçirilib. Referendumda iştirak edənlərin 90 faizindən artığı müstəqilliyin lehinə səs verib.