Almanlar Polşanı keçdi, millimiz rekordunu təkrarladı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən səfərdə Almaniyaya məğlub olan (1:5) millimiz bununla tsikli məğlubiyyətlə başa vurdu. Kayzerslauterndə böyükhesablı məğlubiyyətə uğrayan təmsilçimiz Almaniyaya qarşı 6-cı oyunda da xal qazana bilmədi.

12.08.2009. Azərbaycan 0:2 Almaniya (DÇSO-2010)
09.09.2009. Almaniya 4:0 Azərbaycan (DÇSO-2010)
07.09.2010. Almaniya 6:1 Azərbaycan (AÇSO-2012)
07.06.2011. Azərbaycan 1:3 Almaniya (AÇSO-2012)
26.03.2017. Azərbaycan 1:4 Almaniya (DÇSO-2018)
08.10.2017. Almaniya 5:1 Azərbaycan (DÇSO-2018)

Yeganə təsəllimiz isə Ramil Şeydayevin vurduğu qoldu. Hücumçu adıçəkilən ölkəyə qarşı keçirdiyimiz 6-cı qarşılaşmada 4-cü qolumuzu vurdu. Ona kimi Vaqif Cavadov, Murad Hüseynov və Dimitri Nazarov fərqlənmişdi. Almaniya yığmamıza vurduğu qolların sayını 24-ə çatdırmaqla bu baxımdan ilk pilləyə yüksəldi. Onlara kimi təmsilçimizi ən çox məyus edən ölkə Polşa idi – 20 dəfə.

Bundan başqa, cari tsikldə vurduğumuz qolların sayı 10-a çatdı. Bu da ölkəmiz üçün əvvəlki rekordumuzun təkrarlanması deməkdi. İndiyə kimi yalnız AÇ-2012-nin sçemə mərhələsində bu qədər çox qol vura bilmişdik.

Ümumiyyətlə, seçmə mərhələ bizim üçün bir sıra ilklərlə yadda qaldı.

*Yığmamız rekord sayda – 10 xal topladı.
*İlk dəfə 2-dən artıq qələbə qazandı.
*Bir rəqibini həm evdə, həm səfərdə məğlub etdi.
*DÇ-ların seçmə mərhələsində ilk dəfə bir tsikldə 10 top vura bildi.
*Səfər oyunlarında ən çox – 4 xal qazanıldı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right