DÇ-2018-in seçmə mərhələsi çərçivəsində öz meydanında Finlandiya ilə matçda bərabərə qalan (1:1) Xorvatiya millisinin baş məşqçi vəzifəsində dəyişiklik edilib.
Newsport.az-ın məlumatına görə, Ante Çaçiçin istefaya göndərilib.
“Damalılar”ın yeni çalışdırıcısı Zlatko Daliç olacaq. Daliçin sonuncu iş yeri BƏƏ-nin “Əl-Əyn” klubu olub.
Qeyd edək ki, seçmə mərhələnin İ qrupunda yer alan Xorvatiya lider İslandiyadan 2 xal geridədi.