Bir müddət öncə Karlo Ançelotti ilə yolları ayıran “Bavariya”nın yeni baş məşqçisinin adı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Bundesliqa klubunun “sükanı arxası”na təcrübəli çalışdırıcı Yupp Haynkes keçib.
72 yaşlı mütəxəssislə 2018-ci ilin iyunun 30-na kimi nəzərdə tutulmuş müqavilə bağlanıb.
Qeyd edək ki, Haynkes bundan əvvəl 3 dəfə “Bavariya”nı (1987-1991, 2009, 2011-2013) çalışdırıb.