"Qarabağ"ın rəqibi "Barselona"ya bilet satmaqdan imtina etdi

"Barselona" İspaniya La Liqasının 8-ci turunda səfərdə "Atletiko"nun qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi bu qarşılaşmada qonaq komandanın azarkeşlərinə bilet satmaqdan imtina edib. Meydan sahibləri bunun səbəbini yeni istifadəyə verilmiş "Vanda Metropalitano" stadionunda problemlərin olması ilə əlaqələndirib.

Əslində isə səbəb baqadı. İspaniya mətbuatının yazdığına görə, "Atletiko”nun Kataloniyada keçirilən müstəqillik referendumuna görə belə addım atıb. Oktyabrın 1-də Kataloniya müstəqilliyini elan etmək üçün referendum keçirib, İspaniya hakimiyyəti bunu qanunsuz hesab edib.

Qeyd edək ki, "Atletiko" - "Barselona" qarşılaşması oktyabrın 14-də baş tutacaq.

Xatırladaq ki, "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. La Liqa təmsilçisi 18 oktyabr tarixində təmsilçimizin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right