La Liqada ayrılıq

İspaniya La Liqasında mübarizə paaran “Las Palmas”ın baş məşqçisi Manuel Markez istefa verib.

Newsport.az xəbər verir ki, La Liqanın 6-cı turu çərçivəsində “Leqanes”ə 2:0 hesablı məğlub olduqları oyundan sonra təcrübəli mütəxəssis keçən ilin iyul ayından çalışdırdığı komandadan ayrıldığını açıqlayıb.

Yeni baş məşqçi gətirilənə qədər komandanı köməkçi məşqçilər Xuan Karlos Valeron və Pakito Ortiz çalışdıracaqlar.

Xatırladaq ki, "Las Palmas" 6 turdan sonra turnir cədvəlində 6 xalla 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right