"Mançester Yunayted" De Xeyaya yeni müqavilə təklif edəcək

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” qolkiperi David de Xeyaya yeni müqavilə təklif edəcək.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” son iki ildə “Real”ın (Madrid) maraq dairəsində olan qapıçının maaşını da artıracaq.

Qeyd edək ki, İspaniya millisinin üzvünün “kral klubu”nda oynamaq istəyi azalıb və karyerasını İngiltərədə davam etdirməyə müsbət yanaşır.

Xatırladaq ki, De Xeyanın “Mançester Yunayted”lə 2019-cu ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right