“Arsenal” Məsut Özillə bağlı qərarını verdi

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” futbolçusu Məsut Özilə müqavilə müddətinin uzadılması ilə bağlı yeni təklif göndərməyəcək. 

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, türk əsilli oyunçunun gələn mövsümdən “Mançester Yunayted”də forma geyinəcəyi gözlənilir.

Bildirilir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun çox bəyəndiyi Məsut Özil və “Atletiko”nun (Madrid) şərəfini qoruyan Antuan Qrizman “Mançester Yunayted”in transfer siyahısında ilk 2 sırada yer alırlar. Həmçinin, qeyd edilir ki, mövsümün sonunda “Arsenal”la sözləşməsi bitəcək Aleksis Sançes də komandadan ayrılacaq.

Xatırladaq ki, Məsut Özilin də London təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right