Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatında keçirilən “Qarabağ” – “Kəpəz” oyununda Rəşad Sadıqov baş məşqçi kimi təmsil olunub.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı klubun əvəzedici heyətini baş məşqçi kimi oyuna çıxarıb.
Bu isə səbəbsiz deyil. Belə ki, əvəzedici heyətin baş məşqçisi Aftandil Hacıyev Pro lisenziyası kurslarında iştirak etmək üçün Belarusa yollanıb. Belə olan halda, komandanı oyuna məşqçi kimi qeydiyyatdan keçən Rəşad Sadıqov oyuna çıxarıb.
Qeyd edək ki, Rəşad Sadıqov “Qarabağ”ın U-19 komandasının baş məşqçisidir.