La Liqada 4-cü tura yekun vuruldu

Futbol üzrə İspaniya çempionatında 4-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turun ilk oyununda “Eybar” “Leqanes”i qəbul edib. Meydan sahibləri bu oyunda tək qolla 3 xala sahib çıxıblar.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” ikinci oyun günündə meydana çıxıb. Dieqo Simeonenin komandası evdə “Malaqa” ilə qarşılaşıb və minimal hesabla qalib gəlib. "Barselona" da günü çətin qələbə ilə başa vurub.

Cari mövsümdə keçirdiyi 3 oyunda 4 xal itirən son çempion “Real” isə bazar günü hələ ki, itkisiz irəliləyən “Real Sosyedad”ın qonağı olub. Dörd qolun vurulduğu oyunda qələbəni Madrid təmsilçisi bayram edib. "Sevilya" da səfərdə "Jirona"nı minimal hesabla yenib.

Turun qapanış maçtında da "Espanyol" "Selta"nı məğlub yola salıb.

İspaniya La Liqası
4-cü tur

15 sentyabr

“Eybar” – “Leqanes” 1:0
Qol: Qalves, 53.

16 sentyabr

“Levante” – “Valensiya” 1:1
Qol: Bardi, 41 - Rodriqo, 31.

“Xetafe” – “Barselona” 1:2
Qol: Şibasaki, 39 - D.Suares, 62. Paulinyo, 84.

“Betis” – “Deportivo” 2:1
Qol: Xoakin, 14; 76 - Kartabya, 23.

“Atletiko” – “Malaqa” 1:0
Qol: Qrizmann, 61.

17 sentyabr

“Alaves” – “Vilyarreal” 0:3
Qol: Bakambu, 33; 62. Bakka, 52. 

“Jirona” – “Sevilya” 0:1
Qol: Muriel, 69.

“Las Palmas” – “Atletik” 1:0
Qol: Remi, 87.

“Real Sosyedad” – “Real” 1:3
Qol: Rodriqes, 28 - Mayoral, 19. Rodriqes, 36-öz qapısına. Beyl, 61.

18 sentyabr

“Espanyol” – “Selta” 2:1
Qol: Moreno, 10. Piatti, 24 - Fontas, 69. 
 

 
1 Barselona 4 4 0 0 11 1 +10 12
2 Sevilya 4 3 1 0 6 1 +5 10
3 Real Sosyedad 4 3 0 1 11 7 +4 9
4 Real  4 2 2 0 9 4 +5 8
5 Atletiko 4 2 2 0 8 3 +5 8
6 Atletik 4 2 1 1 3 1 +2 7
7 Vilyarreal 4 2 0 2 6 5 +1 6
8 Levante 4 1 3 0 5 4 +1 6
9 Valensiya 4 1 3 0 4 3 +1 6
10 Leqanes 4 2 0 2 3 3 0 6
11 Las Palmas 4 2 0 2 5 7 –2 6
11 Betis 4 2 0 2 5 7 –2 6
13 Eybar 4 2 0 2 2 4 –2 6
14 Xetafe 4 1 1 2 3 4 –1 4
15 Jirona 4 1 1 2 3 5 –2 4
16 Espanyol 4 1 1 2 3 8 –5 4
17 Selta 4 1 0 3 5 7 –2 3
18 Deportivo  4 0 1 3 5 11 –6 1
19 Malaga 4 0 0 4 1 6 –5 0
20 Alaves 4 0 0 4 0 7 –7 0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right