"Barselona"da şok itki: Yeni transfer 2 ay oynamayacaq

İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. 

Newsport.az xəbər verir ki, La Liqanın IV turunda "Hetafe" ilə səfər matçında zədə alan Usman Dembelenin durumunun ciddi olduğu müəyyənləşib. İspaniya mətbuatının yaydığı xəbərə görə, katoloniyalıların yeni transferi bu gün tibbi müayinədən keçib və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. 

Qeyd edək ki, Dembele yay transfer dönəmində 105 milyon avro qarşılığında "Borussiya"dan (Dortmund) "Barselona"ya transfer olunmuşdu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right