Portuqaliyanın "Benfika" klubunun əsas komandasının heyətindən bir neçə futbolçu kənarlaşdırılıb.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Rui Vitorianın qərarına əsasən 3 futbolçu B komandasında göndərilib.
Bunlar Marselo Hermes, Pedro Pereira və Ola Condur. Portuqliya mətbuatının yayadığı xəbərə görə, hər üç futbolçu yanvar ayına qədər B komandasının uğurları üçün çalışacaqlar. Qərara əsasən, əsas komandanın baş məşqçisinin planlarına daxil olmayan futbolçular növbəti transfer dönəmində yeni komanda tapmalıdırlar.
Qeyd edək ki, Ola Con yay transfer dönəminin son günlərinə yaxın Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"dan təklif alsa da, bunu dəyərləndirməyib.