Vengerdən Özil açıqlaması

Bu gün Avropa Liqasının yeni mövsümünün ilk oyunları çərçivəsində “Arsenal” “Köln”ü qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, “topçular”ın baş məşqçisi Arsen Venger oyunöncəsi mətbuat konfransında açıqlamalar verib.

Təcrübəli mütəxəssis Məsut Özillə bağlı danışıb: “31 avqustdan sonra Məsut Özillə görüşlərimizin sayı azalıb. Çünki fasilə vermişik və yalnız oyunlara köklənmişik. Yenə də ümid edirəm ki, Özillə yeni müqavilə imzalanacaq”.

Son zamanlar adı “Mançester Yunayted”lə hallanan yarımmüdafiəçinin mövsümün sonuna qədər hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm London təmsilçisinin forması ilə 4 qarşılaşmada iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right