Afrika kubokunun final mərhələsinin püşkü atıldı

Afrika kubokunun final mərhələsinin püşkü atılıb.

Newsport.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, gələn il 17 yanvar - 8 fevral tarixlərində, Ekvatorial Qvineyada keçiriləcək turnirin qrupların tərkibi belədir:

 
A qrupu: Ekvatorial Qvineya, Konqo Respublikası, Qabon, Burkina-Faso
B qrupu: Zambiya, Konqo Demokratik Respublikası, Kabo-Verde, Tunis
C qrupu: Qana, Seneqal, CAR, Əlcəzair
D qrupu: Fil Dişi Sahili, Qvineya, Kamerun, Mali

Qeyd edək ki, bundan əvvəl bu turnirin Mərakeşdə keçirilməsi nəzərdə tutulurdu. Ancaq Ebola virusuna görə Mərakeş turnirə ev sahibliyi etməkdən imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right