Nazarovun 90 dəqiqə oynadığı matçda komandası qalib gəldi

Almaniya ikinci Bundesliqasında beşinci turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” səfərdə “İnqolştad”ın qonağı olub. Nazarovun 90 dəqiqə meydanda olduğu görüş komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ardıcıl ikinci qələbəsini qazanmaqla xallarının sayını 7-ə çatdıran “Aue” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right