Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı klublar yoxlama oyunlarında qüvvəsini sınayırlar.
Newsport.az-ın məlumatına görə, Almaniyanın "Duysburq" klubu da sınaq matçına çıxıb. Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Toğrul Eratın formasını geyindiyi bu komanda "Speldorf"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 8:1 hesablı qələbə ilə ayrılıb.
Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.