Yay transfer dönəmində “Barselona”ya transferi baş tutmayan Filippe Koutinyoya “Liverpul”un baş məşqçisi Yurqen Klopp dəstək olub.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Koutinyo barədə verdiyi açıqlamada Braziliya millisinin üzvünün "qırmızılar"da qalmasına görə şad olduğunu vurğulayıb: “Heyətimizdə oynada biləcəyimiz çox keyfiyyətli oyunçu var. Koutinyo “Liverpul”da qaldığına görə, çox şadam”.
Klopp mətbuatda transfer xəbərləri barəsində də danışıb: “Mətbuatda yazılan hər şey inanmaq olmaz. Mətbuatda yazılanlara inanıb etibar etməmək lazımdı”.
Xatırladaq ki, “Liverpul”un Premyer Liqadakı ilk 3 oyununda zədə səbəbindən iştirak edə bilməyən 25 yaşlı ulduz futbolçunun çərşənbə axşamı günü Kolumbiyaya qarşıkeçiriləcək matçda Braziliyanın heyətində iştirak etməsi gözlənilir.