Məsimovun komandasını "Zenit" darmadağın etdi

Rusiya 1-ci divizionunda 11-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" səfərdə Sankt-Peterburq "Zenit"inin ikinci komandası ilə qarşılaşıb və bu oyundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb. Samir də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 82-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right