Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə müqavilə bağladığı "Ximnastik" doğma meydanda "Sportinq" (Xixon) ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
Eddi də bu görüşün iştirakçısı olub. O, yeni komandasında debüt etdiyi və start heyətdə meydana çıxdığı qarşılaşmanın 67-ci dəqiqəsində əvəzlənib.
"Ximnastik" 3 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.