DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən bir qarşılaşma təxirə salınıb.
Newsport.az-ın məlumatına görə, İ qrupunun Xorvatiya - Kosovo görüşü güclü yağış səbəbindən yarımçıq dayandırılıb. İsveçli hakim Stefan Yohannesson 24-cü dəqiqədə hesab 0:0 olarkən oyunun dayandırılması ilə bağlı qərar verib.
FİFA matçın sabah davam edəcəyi barədə qərar qəbul edib.