Norveç millisinin hücumçusu: "Bu qalibiyyət bizim üçün əhəmiyyətli idi"

"Vacib qələbə qazandıq. Bu qalibiyyət bizim üçün əhəmiyyətli idi".

Newsport.az-ın məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Coşua Kinq söyləyib.

DÇ-2018-in seçmə mərhələsində millimizlə oyunda (2:0) fərqlənən hücumçu qol vurduğu üçün xoşbəxt olduğunu və Almaniya ilə oyuna da ciddi hazırlaşacaqlarını bildirib:

"Qol vurduğum üçün sevinirəm. Bu qələbə özümüzə inam verdi. Almaniya ilə oyuna da ciddi hazırlaşacağıq. Bizim üçün böyük sınaq olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right