“Qarabağ”ın yeni transferi Tarik El Yunussi Norveç yığmasının heyətində millimizə qarşı oyuna çıxıb.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində hazırda davam edən matçın 72-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, müqavilə ilə “Olimpiakos”a məxsus olan El Yunussi bu mövsüm icarə əsasında “Qarabağ”da çıxış edəcək.