"Mançester Siti"nin hücumçusu "Suonsi"də

"Mançester Siti”nin hücumçusu Vilfrid Boninin yeni iş yeri bəlli olub.

Newsport.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin üzvü sabiq klubu “Suonsi”yə qayıdıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Müqaviləyə əsasən, Boni qarşıdakı 2 mövsümdə “Suonsi”nin şərəfini qoruyacaq.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Uels təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün “şəhərlilər”ə 13 milyon avro ödəyib.

Xatırladaq ki, Boni daha öncə, 2013-2015-ci illər aralığında da “Suonsi”nin şərəfini qoruyub. O, son mövsümdə icarə əsasında çıxış etdiyi “Stok Siti”də 11 oyun keçirib, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right