“Mançester Yunayted”in gənc futbolçusu Metyu Uillok karyerasını “Utrext” klubunda davam etdirəcək.
Newsport.az saytının məlumatına görə, bu barədə məlumatı Hollandiya klubunub rəsmi saytı yayıb. Erediviziya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini bir illik icarəyə götürüb. Futbolçu yeni komandasında 26 nömrəli formanı geyəcək.
Xatırladaq ki, ingilis futbolçu "qırmızı şeytanlar"ın U-23 komandasının üzvüdü.